SMM Xidməti
SMM Konsultasiya Əldə EdinSosial media hesablarınızın aktiv və peşəkar idarə olunması markanızın səsini gücləndirir və potensial müştərilərlə aranızda qırılmaz bir bağ yaradır. Biz, yaradıcı məzmun və data əsaslı strategiyalarımızla sosial media hesablarınızı sadəcə izlənilən deyil, real satış və sadiq müştəri gətirən effektiv bir kanala çeviririk. Rəqəmsal nüfuzunuzu artırmaq üçün bu gün bizimlə əlaqə saxlayın və ödənişsiz hesab analizi əldə edin.
İndiki gündə səhər yuxudan oyanan, nahar fasiləsinə çıxan və ya günün sonunda dincələn istifadəçinin ilk işi sosial media lentini (feed) sürüşdürməkdir. O, maraqlı məzmun axtarır, dostlarının nə etdiyinə baxır və ən əsası, ehtiyacı olan məhsulları vizual olaraq kəşf edir. Əgər istifadəçi Instagram və ya TikTok-da "dəbli geyim" və ya "dadlı burger" axtarırsa və qarşısına sizin rəqibiniz çıxırsa, vizual olaraq onu cəlb edirsə, 80% ehtimal ilə o məhsulu həmin səhifədən sifariş edəcək.
Reallıq budur ki, əgər sizin markanız sosial mediada yoxdursa və ya "ölü" bir hesaba sahibdirsə, müştəri sizin mövcudluğunuza şübhə ilə yanaşacaq. Bu qısa hekayədən bunu anlaya bilərik ki, indiki gündə marka bilinirliyi yaratmaq və müştərinin "ağlında qalmaq" üçün sosial mediada sadəcə var olmaq yox, peşəkar şəkildə təmsil olunmaq lazımdır.
SkyZone Digital olaraq biz tam olaraq bu ehtiyaca cavab vermək üçün sizə SMM xidməti təklif edirik. SkyZone Digital, 100-dən artıq müştəriyə rəqəmsal həllər təqdim etmiş, müxtəlif sektorlarda uğurlu sosial media layihələrinə imza atmış bir agentlikdir. Biz restoran, geyim, texnologiya, təhsil və xidmət kimi bir çox fərqli sahədə markaların sosial media hesablarını canlandırmışıq.
Peşəkar SMM xidməti təminatçısı olaraq biz sizin "izləyici artmır" və ya "satış yoxdur" kimi qayğılarınızı anlayırıq. Xoşbəxtlikdən, hədəf kütlənizin diqqətini çəkmək və alqoritmlərin dilini tapmaq üçün nələrə ehtiyac olduğunu çox yaxşı bilirik.
Əgər siz SMM xidməti axtarırsınızsa və "like" yox, real nəticə vəd edən tərəfdaş tapmaqda çətinlik çəkirsinizsə, bizdən ödənişsiz konsultasiya təklifi alın. Biz markanızın hekayəsini necə danışacağımızı və sosial mediada necə böyüyəcəyinizi sizə izah etməyə hazırıq.
Biznesinizin niyə SMM-ə ehtiyacı var?
SMM (Social Media Marketing) markanızın hədəf kütlə ilə birbaşa ünsiyyət qurması, etibar qazanması və məhsullarını tanıtması üçün sosial platformalarda görülən marketinq işlərinə verilən addır. Çox vaxt sadəcə "şəkil paylaşmaq" kimi görünsə də, əslində psixologiya, dizayn, kopiraytinq və analitikanı birləşdirən kompleks bir prosesdir.
Sosial mediada diqqət çəkmək çətindir. İstifadəçilərin diqqət müddəti saniyələrlə ölçülür. Siz istər qlobal brend olun, istərsə də yerli bir kafe. Platformalar (Instagram, Facebook, LinkedIn, TikTok) sizə milyonlarla insana çatmaq şansı verir. Lakin rəqabət amansızdır. Rəqibləriniz hər gün keyfiyyətli videolar (Reels), cəlbedici postlar və hekayələrlə müştərinin gözü önündədir.
Platformalar dəyişsə də, marketinqin qızıl qaydaları dəyişmir. Keyfiyyətli vizual, təsirli mətn (caption), düzgün hədəfləmə və davamlılıq. Hər platformanın öz dili var; LinkedIn-də rəsmi korporativ dil işlədiyi halda, TikTok-da səmimi və əyləncəli məzmun tələb olunur. SkyZone olaraq biz hər platforma və hər biznes üçün unikal SMM strategiyaları qururuq.
SMM xidməti ilə sizi "soyuq satış" çətinliyindən qurtarırıq. Sosial media, müştərini sıxmadan, onu əyləndirərək və maarifləndirərək satışa hazırlayan ən güclü vasitədir. Düzgün idarə olunan hesab, siz yatarkən belə müştərilərin suallarını cavablayan və onlara məhsulunuzu təqdim edən bir vitrin rolunu oynayır.
Lakin bu o qədər asan deyil. Viral olmaq və ya sadiq icma yaratmaq üçün yaradıcılıq və strategiya lazımdır. Plansız paylaşımlar sadəcə vaxt itkisidir. Biz sizi bu xaosdan xilas edirik. Kreativ komandamız və strateji yanaşmamızla sosial mediada səsiniz olmağa hazırıq.
Bizim yanaşmamız
Biz "kopyala-yapışdır" məzmunlara inanmırıq. Hər markanın ruhu fərqlidir. Lakin göstərdiyimiz SMM xidməti, test edilmiş metodlar üzərində qurulub. Bu səbəbdən sizə vizual olaraq cəlbedici, strateji olaraq düzgün SMM xidməti təklif edirik.
Hesab auditi və strategiya qurulması
İşə başlamazdan əvvəl mövcud vəziyyəti analiz edirik. Hesabınız niyə böyümür, izləyicilər niyə reaksiya vermir – bunları diaqnoz edirik.
- Profil analizi: Bioqrafiya (Bio), profil şəkli, önə çıxanlar (Highlights) və ümumi vizual düzülüşün brendinqə uyğunluğunu yoxlayırıq. Vitriniz səliqəli deyilsə, müştəri içəri girməz.
- Rəqib analizi: Sizin sektorunuzda ən yaxşı nəticə göstərən rəqibləri izləyirik. Onlar nəyi düz edir, harada boşluq buraxıblar? Bu boşluqları sizinlə doldururuq.
- Hədəf kütlə: Sizin müştəriniz kimdir? Tələbələr, evdar qadınlar, yoxsa iş adamları? Onların hansı saatlarda aktiv olduğunu və hansı dildə danışdığını müəyyən edirik.
- Məzmun strategiyası: Sadəcə məhsul paylaşmaq olmaz. Maarifləndirici, əyləndirici və satışı təşviq edən məzmunların balansını (Content Mix) qururuq.
Bunlar sadəcə başlanğıcdır. SMM prosesi zamanı həyata keçirdiyimiz fəaliyyətlər illərin təcrübəsinə əsaslanır.
Sosial Media Strategiyası və Planlama
Plansız hərəkət etmək, xəritəsiz yola çıxmaq kimidir. Uğurlu SMM-in təməli güclü strategiyadır. Bu mərhələdə biz aşağıdakıları edirik:
- Markanızın səs tonunu (Tone of Voice) müəyyənləşdiririk – rəsmi, dostyana, yoxsa yumoristik?
- Aylıq məzmun təqvimi hazırlayaraq, özəl günləri və kampaniyaları əvvəlcədən planlaşdırırıq
- Böhran idarəçiliyi (Crisis Management) ssenariləri hazırlayaraq markanızı sosial mediadakı linç və mənfi rəylərdən qoruyuruq
- Platforma seçimini (Instagram, LinkedIn, Facebook, TikTok) biznes hədəflərinizə uyğun olaraq edirik.
Yaradıcı Məzmun İstehsalı (Content Creation)
Sosial mediada "Kral" məzmundur. İnsanların barmağını dayandırıb sizin postunuza baxması üçün vizual mükəmməllik şərtdir. Məzmun xidmətimiz çərçivəsində:
- Trendlərə uyğun, dinamik və yüksək izlənmə gətirən Reels və TikTok videoları hazırlayırıq
- Məhsul və xidmətlərinizi ən estetik şəkildə təqdim edən qrafik dizaynlar və postlar yaradılır
- İzləyicini hərəkətə keçirən, emosional bağ quran və satışı təşviq edən kopiraytinq (mətn yazarlığı) xidməti göstəririk
- İstifadəçi tərəfindən yaradılan məzmunu (UGC) strategiyaya daxil edərək sosial sübut yaradırıq.
İcma İdarəçiliyi (Community Management)
SMM sadəcə paylaşmaq deyil, həm də dinləməkdir. Müştərilərinizlə qurduğunuz əlaqə markanızın gələcəyini təyin edir. İcma idarəçiliyi zamanı:
- Gələn mesajlara (DM) və şərhlərə operativ, marka dilinə uyğun cavablar veririk
- Mənfi rəyləri peşəkarlıqla idarə edərək, narazı müştərini sadiq müştəriyə çevirməyə çalışırıq
- İzləyicilərlə qarşılıqlı əlaqəni (Engagement) artırmaq üçün sual-cavablar, anketlər və müsabiqələr təşkil edirik
- Spam şərhləri təmizləyərək hesabınızın keyfiyyətini və etibarlılığını qoruyuruq.
Sosial Media Reklamları (Targeting)
Üzvi (Organic) böyümə vacibdir, lakin sürətli nəticə üçün reklam şərtdir. Büdcənizi havaya sovurmadan, nöqtə atışı hədəfləmə ilə reklam xidməti göstəririk:
- Meta Ads Manager (Instagram & Facebook) və TikTok Ads üzərindən peşəkar reklam kampaniyaları qururuq
- Retargeting (Yenidən hədəfləmə) strategiyası ilə saytınıza girən və ya səhifənizlə maraqlanan şəxsləri təkrar qarşılayıb satışa yönəldirik
- A/B testləri edərək hansı vizualın və ya mətnin daha ucuz nəticə verdiyini analiz edirik
- Sadəcə "Önə çıxar" (Boost Post) düyməsini deyil, detallı auditoriya seçimlərini istifadə edərək birbaşa alıcı kütləyə çıxırıq.
Hesabat
Şəffaflıq və rəqəmlər işimizin aynasıdır. SMM-in biznesinizə nə qatdığını görmək haqqınızdır. Təqdim etdiyimiz hesabatlarda "vanity metrics" (boş rəqəmlər) yox, real nəticələri görəcəksiniz:
- Hər ay əhatə dairəsi (Reach), qarşılıqlı əlaqə (Engagement) və izləyici artımını göstərən detallı statistika təqdim edirik
- Reklam büdcəsinin hara xərcləndiyini və hər bir klikin/mesajın sizə neçəyə başa gəldiyini (CPC/CPA) hesabatlaşdırırıq
- Ən çox bəyənilən və nəticə verən məzmun növlərini analiz edərək növbəti ayın strategiyasını buna uyğun qururuq
- Sosial mediadan sayta keçidləri və satışa təsirini izah edirik.
Niyə SkyZone Digital SMM xidmətini seçməlisiniz?
Çox agentlik "post paylaşırıq" deyir. Çox azı markanıza dəyər qatır. SkyZone Digital olaraq biz, sizə sadəcə dolu bir səhifə deyil, yaşayan və satan bir marka vəd edirik. Niyə bizi seçməlisiniz?
- Bot yox, real kütlə: Biz heç vaxt saxta izləyici (bot) panellərindən istifadə etmirik. Sizin üçün 1000 real müştəri, 100.000 saxta botdan daha dəyərlidir
- Trendləri izləyən komanda: Sosial media hər gün dəyişir. Biz trendləri sizin yerinizə izləyir və markanızı hər zaman aktual saxlayırıq
- Vahid vizual dil: Səhifənizə girən biri qarışıqlıq deyil, peşəkar bir marka nizamı (Grid dizayn) görür
- Satış yönümlü yanaşma: Məqsədimiz sadəcə "like" yığmaq deyil, izləyiciləri DM-ə və ya saytınıza yönəldərək satış etməyinizi təmin etməkdir
- Daimi ünsiyyət: Sizinlə sadəcə ay sonunda deyil, davamlı əlaqədə olub ideyalarımızı bölüşürük.
SMM agentliyi ilə əməkdaşlıq edərkən nələrə diqqət etməlisiniz?
SMM agentliyi seçmək, markanızın səsini bir başqasına əmanət etməkdir. Yanlış seçim reputasiyanızı ləkələyə bilər. Partnyor seçərkən bu nüanslara mütləq fikir verin:
- "Sizə 10k izləyici hədiyyə edəcəyik" deyən fırıldaqçılardan uzaq durun; saxta izləyicilər hesabınızın alqoritm tərəfindən "öldürülməsinə" səbəb olur
- Dizayn və mətnlərdə orfoqrafik səhvlər edən, qeyri-peşəkar agentliklərlə işləməyin; bu, birbaşa sizin markanızın imicinə zərbədir
- Sizdən strategiya soruşmadan dərhal "paket satmağa" çalışanlara deyil, biznesinizi anlamağa çalışanlara üstünlük verin
- Portfoliosunda real iş nümunələri və uğur hekayələri olan agentlikləri seçin.
SMM-in gələcəyi və bizim rolumuz
Sosial media dünyası dayanmadan inkişaf edir. Süni intellekt və qısa video formatlarının hökmranlığı qaydaları dəyişir. Bizim rolumuz, sizi bu yeniliklərə adaptasiya etməkdir:
- AI alətlərindən istifadə edərək daha sürətli və fərdiləşdirilmiş məzmun strategiyaları hazırlayırıq
- Video məzmunun (Reels, TikTok) dominntlığını nəzərə alaraq, brendinizi statik postlardan dinamik videolara keçiririk
- Influencer marketinq və UGC (İstifadəçi Məzmunu) trendlərini strategiyanıza inteqrasiya edərək etibarlılığınızı artırırıq
- Alqoritm dəyişikliklərini anında tətbiq edərək, hesabınızın hər zaman kəşfiyyatda (Explore) düşməsini təmin edirik.
FAQ
SMM xidməti nə qədər müddət içərisində nəticə verir?
SMM, SEO-ya nisbətən daha sürətli reaksiya verir, lakin sadiq bir kütlə formalaşdırmaq zaman tələb edir. Reklamlarla ilk həftədən satış görmək mümkündür, lakin orqanik böyümə və güclü marka imici üçün minimum 3-6 ay davamlı iş lazımdır.
Mütləq reklam büdcəsi ayırmalıyam?
Məzmun "kral"dırsa, reklam "kraliça"dır. Orqanik böyümə mümkündür, lakin çox yavaşdır. Rəqiblərinizdən geri qalmamaq və potensial müştərilərə daha tez çatmaq üçün minimum da olsa reklam büdcəsi ayırmağı şiddətlə tövsiyə edirik.
Saxta izləyici almaq olar?
Qətiyyətlə xeyr. Saxta izləyicilər (botlar) sizin paylaşımlarınıza reaksiya vermir, bu da Instagram-ın "bu səhifə maraqsızdır" deyib sizi real insanların qarşısına çıxarmamasına səbəb olur. Biz yalnız real və təbii böyümə tərəfdarıyıq.
B2B (Biznesdən-Biznesə) şirkətlər üçün SMM lazımdırmı?
Bəli, mütləq. B2B şirkətlər üçün LinkedIn kimi platformalarda peşəkar imic yaratmaq və qərar verən şəxslərə çatmaq üçün xüsusi strategiyalar tətbiq edirik. SMM sadəcə son istehlakçı üçün deyil, korporativ əlaqələr üçün də vacibdir.
ROI-ni (Geri Dönüşü) necə ölçürsünüz?
Biz uğuru sadəcə "like" sayı ilə deyil, hesabın əhatə dairəsi (Reach), yadda saxlama (Save), paylaşma və ən əsası sayta keçid/birbaşa mesaj sayı ilə ölçürük. Sonda vacib olan sosial medianın biznesinizə real dəyər qatmasıdır.
SMM Strategiyamızın Əsasları
Hədəf Kütlə Analizi
Məhsulunuzu kimə satmaq istəyirsiniz? SMM-də uğur, doğru insanlara xitab etməkdən keçir. Biz izləyicilərinizin yaşını, maraqlarını və davranışlarını analiz edərək onlara uyğun dil tapırıq.
Kreativ Dizayn & Video
Statistikalar göstərir ki, video məzmunlar (Reels, TikTok) fotolardan 10 qat daha çox qarşılıqlı əlaqə yaradır. Komandamız ssenarilər yazır, çəkiliş edir və viral videolar hazırlayır.
İnfluencer Marketinq
Markanızı tanıtmaq üçün doğru bloggerləri və influencerləri tapırıq. Onlarla əməkdaşlıq edərək brendinizin güvənini artırır və yeni kütlələrə çıxış əldə edirik.
Targetinq (Reklam)
Meta Ads (Instagram & Facebook reklamları) ilə məhsulunuzu potensial alıcılara dəqiq hədəfləyirik. Reklam büdcənizi maksimum səmərə ilə idarə edir, satışları artırırıq.
Pulsuz SMM Konsultasiyası
Sosial media hesablarınızı peşəkarlara əmanət edin. Konsultasiya zamanı nələri edəcəyik:
- Mövcud Instagram/Facebook hesabının auditi
- Vizual səhvlərin aşkarlanması
- Reklam strategiyasının müzakirəsi
- İnkişaf planının hazırlanması
Layihənizi Müzakirə Edək
Qısa bir söhbət böyük bir əməkdaşlığın başlanğıcı ola bilər. Bizimlə birbaşa əlaqə saxlayın.
WhatsApp-da Yazın