SEO Xidməti

SEO Konsultasiya Əldə Edin

Saytınızın axtarış nəticələrində zirvədə olması markanızın gücünü artırır və potensial müştəriləri birbaşa sizə yönəldir. Biz, sübut olunmuş texniki və məzmun strategiyalarımızla veb-saytınızı sadəcə ziyarət edilən deyil, satış gətirən effektiv bir platformaya çeviririk. Rəqəmsal yüksəlişinizə bu gün başlamaq üçün dərhal bizimlə əlaqə saxlayın və ödənişsiz ilkin analiz əldə edin.

İndiki gündə telefonunu cibindən çıxardıb Google axtarış motorunda hər hansı bir axtarış edən istifadəçi gözləməyə vaxtı olmayan, məlumata sürətli çatmaq istəyən, axtardığı məhsulu təklif edən saytı görüb birbaşa həmin məhsulu almaq istəyən istifadəçidir. Əgər istifadəçi telefonundakı brauzeri açıb axtarışa "ucuz SEO xidmeti" yazırsa, deməli o adam SEO xidməti almaq istəyir və bunun üçün də axtarışda ilk sırada çıxan bir neçə sayta keçid edib 80% ehtimal ilə o xidməti alacaq.

Reallıq budur ki, əgər sizin saytınız Google axtarışlarında ilk sıralarda çıxmırsa, istifadəçi sizi tapa bilməyəcək və rəqib sayta keçid edərək axtardığı məhsul və ya xidməti alacaq. Bu qısa hekayədən bunu anlaya bilərik ki, indiki gündə potensial müştərini əldə etmək, həmin müştəriyə məhsul/xidmət satmaq üçün mütləq ki, axtarış nəticələrində ilk sırada yer almaq lazımdır.

SkyZone Digital olaraq biz tam olaraq bu ehtiyaca cavab vermək üçün sizə SEO xidmeti təklif edirik. SkyZone Digital SEO agentliyi olaraq qurulan və rəqəmsal marketinq agentliyinə dönüşən, 100-dən artıq müştəriyə SEO xidməti göstərmiş bir agentlikdir.

Peşəkar SEO xidmeti təminatçısı olaraq biz sizin yaşadığınız çətinlikləri bilirik. Xoşbəxtlikdən, sizin potensial hədəf kütlənizə çatmaq üçün nələrə ehtiyacınız olduğunu, hansı işlərin görülməli olduğunu da məhz özümüzün bildiyinə inanırıq.

Əgər siz SEO xidmeti axtarırsınızsa və bu xidməti göstərən onlarla agentlik və təminatçı arasında seçim etməkdə çətinlik çəkirsinizsə, bizdən ödənişsiz konsultasiya təklifi alın.

Biznesinizin niyə SEO-ya ehtiyacı var?

SEO veb saytın axtarış motorlarında üst sıralarda görünməsi üçün görülən optimallaşdırma işlərinə verilən addır. Əslində, sadə görülən bu termin, çox çətin, çox kompleks və çoxşaxəli bir çox işi öz içində cəmləşdirir.

Axtarış motorlarında rəqabət etmək çox çətindir. Axtarış motorları bizneslərə ödənişsiz formada, axtarış nəticələrində yüksək sıralara gəlmək və trafikin böyük bir hissəsini əldə etmək şansı verir. Bu zaman rəqabət, hədsiz dərəcədə çoxalır.

Açar sözlər dəyişsə də, SEO qaydaları dəyişmir. Keyfiyyətli kontent, yüksək səviyyəli texniki optimallaşdırma, güclü backlinklər, açar söz araşdırması, səhifə daxili optimallaşdırma. SkyZone olaraq biz unikal SEO strategiyaları yaradır və bunu tətbiq edirik.

SEO xidmeti ilə sizi reklamlardan olan asılılıqdan qurtarırıq. Siz hədəf açar söz üzrə ilk sıralara gəldikdən sonra, orada qalmağınız üçün pul ödəməyinizə ehtiyac yoxdur.

Lakin bu o qədər asan deyil. SEO-da uğura çatmaq üçün vaxt və ən əsası da düzgün strategiya lazımdır. Biz sizi bu vaxt itkisindən azad edirik.

Bizim yanaşmamız

Biz şablon SEO həllərinə inanmırıq. Hər sayt fərqlidir. Hər biznes fərqlidir. Lakin göstərdiyimiz SEO xidməti, sübut olunmuş nəticələr ətrafında qurulub.

Veb sayt auditi və strategiya qurulması

Saytınızda işləməyə başladıqsa, görəcəyimiz ilk iş, tam və detallı bir auditdir. Nələr düzgün işləyir, nələr xarabdır, nələr sayta ziyan vurur hamısını görürük.

  • Texniki audit: Saytın texniki auditi sayt sürətinin yoxlanması, dublikat məzmunların mövcudluğu, link strukturu, 404 xətaları, tarama dərinliyi, render problemləri kimi bir çox problemin araşdırılmasını əhatə edir.
  • Məzmun: Səhifələrinizin həqiqətən axtarış motoru və istifadəçilər tərəfdən ideal olub olmadığını bilməliyik. Bunun üçün məzmun auditi edirik.
  • Backlinklər: Backlinklər, başqa saytlardan sizin saytınıza verilən linklərdir. Domen gücünü artırmaq üçün əlaqəli saytlardan təbii, keyfiyyətli və güclü backlinklər yaradırıq.
  • Açar sözlər: Detallı açar söz araşdırması ilə eyni sektordakı rəqiblərinizin hansı açar sözləri hədəflədiyini tapıb saytınızı bu açar sözlərə görə optimallaşdırırıq.

Bunlar sadəcə təməllərdir. SEO prosesi içərisində etdiyimiz bir çox iş var ki, bu işlərin hər biri 10 ildən artıq təcrübə və biliklə sistemləşdirilib.

Səhifə daxili SEO

Səhifə daxili SEO, optimallaşdırma prosesinin təməlidir. Düzgün bir səhifə daxili SEO olmadan saytınız performans göstərməyəcək. Səhifə daxili SEO xidməti zamanı biz aşağıdakıları edirik:

  • Başlıqlar, üst mətnlər, məzmunlar insanların həqiqətən axtarışlarını qarşılayacaq formada yaxşılaşdırılır
  • Sadəcə axtarışda saytınızı qabağa çəkən yox, eyni zamanda klik və satış gətirən mətnlər yaradılır
  • Saytınızın real bir biznes olduğunu Google-a göstərən Schema əlavələri tətbiq edirik
  • Coğrafi hədəfləmə üçün Lokal SEO praktikaları
  • Məzmunlarınızı ən keyfiyyətli formada hazırlayır, onların sadəcə axtarış motorları üçün yox, müştəriləriniz üçün də ideal vəziyyətdə olmasını təmin edirik.

Məzmun marketinqi

Məzmun marketinqi, hədəf kütlənizlə qurduğunuz ünsiyyətin ən təsirli yoludur. Güclü bir strategiya olmadan məzmunlarınız satışa çevrilməyəcək. Məzmun marketinqi xidmətimiz çərçivəsində biz aşağıdakıları həyata keçiririk:

  • Potensial müştərilərinizin problemlərinə real həll yolları təklif edən, dəyər qatan məzmunlar hazırlayırıq
  • Bloq yazıları, bələdçilər və xidmət səhifələri ilə sektorunuzda "topical authority" qazanmanızı təmin edirik
  • Satış qıfına uyğun olaraq, istifadəçini məlumatlandırma mərhələsindən satın alma qərarına yönəldən strateji mətnlər yaradılır
  • Köhnəlməyən (Evergreen) məzmun strategiyası ilə saytınıza uzun müddət trafik gətirəcək davamlı bir sistem qururuq.

Texniki SEO

Texniki SEO, saytınızın axtarış motorları tərəfindən rahatlıqla oxunmasını və indekslənməsini təmin edən infrastrukturun qurulmasıdır. Texniki SEO xidməti çərçivəsində biz bunları edirik:

  • Saytınızın yüklənmə sürətini artırır, istifadəçilərin səhifəni tərk etməsinin qarşısını alırıq
  • Google botlarının saytınızı düzgün oxuması üçün indeksləmə və skan etmə xətalarını aradan qaldırırıq
  • Mobil uyğunluğu (Mobile-First Indexing) tam təmin edərək, bütün cihazlarda ideal görüntü yaradırıq
  • Təkrarlanan məzmun, 404 xətaları və yönləndirmə (redirect) problemlərini həll edərək saytın sağlamlığını qoruyuruq
  • Core Web Vitals göstəricilərini optimallaşdıraraq Google standartlarına tam cavab verən bir sistem qururuq.

Səhifə xarici SEO

Səhifə xarici SEO, saytınızın internetdəki nüfuzunu və etibarlılığını artırmaq üçün görülən işlərdir. Səhifə xarici SEO strategiyamız zamanı aşağıdakıları tətbiq edirik:

  • Keyfiyyətli və relevant saytlardan geri linklər (backlink) alaraq domeninizin gücünü artırırıq
  • Marka bilinirliyini artırmaq üçün rəqəmsal PR və sosial siqnallardan effektiv istifadə edirik
  • Zərərli və spam linkləri təmizləyərək saytınızı Google cəzalarından qoruyuruq
  • Rəqib analizləri əsasında onlardan daha güclü bir link profili yaratmaq üçün strategiyalar hazırlayırıq.

Hesabat

Şəffaflıq və ölçülə bilən nəticələr işimizin əsasıdır. Təqdim etdiyimiz hesabatlar vasitəsilə investisiyanızın geri dönüşünü (ROI) aydın şəkildə görəcəksiniz:

  • Hər ay görülən işlərin və əldə olunan nəticələrin detallı xülasəsini təqdim edirik
  • Açar sözlərdəki mövqe dəyişikliklərini və trafik artımını qrafiklərlə göstəririk
  • Google Analytics və Search Console məlumatlarını analiz edərək istifadəçi davranışlarını sizə izah edirik
  • Sadəcə "trafik" deyil, real konversiya (satış, zəng, form doldurma) göstəricilərini hesabatlaşdırırıq
  • Növbəti ay üçün planlaşdırılan işləri və hədəfləri əvvəlcədən sizinlə bölüşürük.

Niyə SkyZone Digital SEO xidmetini seçməlisiniz?

Bir çox agentlik SEO xidmeti göstəririk deyir. Çox azı, həqiqətən nəticə verir. SkyZone Digital olaraq biz, sizə sadəcə quru vədlər deyil, ölçülə bilən və real nəticələr təklif edirik.

  • Şablon yox, fərdi yanaşma: Biz hazır paketlər deyil, sizin sektorunuza və rəqiblərinizə uyğun unikal strategiyalar hazırlayırıq
  • Şəffaf iş prosesi: Nə etdiyimizi, niyə etdiyimizi və bunun sizə nə qazandıracağını hər zaman açıq şəkildə izah edirik
  • Satış odaklı nəticələr: Məqsədimiz sadəcə saytınıza ziyarətçi çəkmək deyil, həmin ziyarətçiləri real müştəriyə çevirərək gəlirlərinizi artırmaqdır
  • Data əsaslı qərarlar: Ehtimallara deyil, dəqiq analizlərə və rəqəmlərə əsaslanaraq addım atırıq
  • Daimi dəstək və ünsiyyət: Layihəni təhvil verib getmirik. Proses boyu yanınızda olur, biznesinizin rəqəmsal böyüməsinə davamlı dəstək veririk.

FAQ

SEO xidməti nə qədər müddət içərisində nəticə verir?

SEO bir sprint deyil, marafondur. Adətən texniki düzəlişlər ilk aylarda edilsə də, ciddi trafik artımı və hiss olunacaq geri dönüşlər (ROI) 4-6 aydan sonra müşahidə olunmağa başlayır.

SEO xidməti zamanı backlink almaq məcburidir?

Backlinklər Google üçün ən güclü etibar siqnallarından biri olduğu üçün xüsusilə rəqabətli sektorlarda yüksəlmək adına qaçılmazdır. Lakin biz yalnız sektorunuzla əlaqəli və keyfiyyətli mənbələrdən təbii yolla istinadlar qazanmağa üstünlük veririk.

Kiçik şirkətlər də SEO xidmətlərindən böyük şirkətlər qədər fayda görə bilər?

Qətiyyətlə bəli, çünki düzgün Lokal SEO və niş hədəfləmə strategiyası ilə kiçik bizneslər böyük büdcəli rəqibləri belə üstələyə bilir.

ROI-ni necə ölçürsünüz?

Biz uğuru sadəcə trafik artımı ilə deyil, real satışlar, zənglər və form doldurma kimi konkret biznes nəticələri ilə ölçürük.

SEO ödənişli reklamları əvəz edə bilər?

SEO və reklamlar rəqib deyil, bir-birini tamamlayan kanallardır, lakin SEO uzunmüddətli perspektivdə daha qalıcı və sərfəli nəticələr verir.

Əsas strategiyalarımız

1. Hədəflənmiş məzmun
2. Link (backlink) yaradılması
3. Saytın yaxşılaşdırılması
4. Google biznes profilinin optimallaşdırılması

Hədəflənmiş məzmun

Biz biznesinizə və hədəf kütlənizə uyğun məzmunlar yaradırıq. SEO-da məzmunun sadəcə axtarış motorlarına fokuslanmamalı olduğunu, istifadəçilər tərəfindən də diqqət edilən bir faktor olduğunu bilirik. Bu səbəbdən məzmunlarımız sadəcə SEO cəhətdən mükəmməl olmaqla qalmır, eyni zamanda müştərini satışa yönləndirir.

Link (backlink) yaradılması

SEO-da uğurun bir hissəsi keyfiyyətli səhifə-daxili optimallaşdırma və texniki yaxşılaşdırmadırsa, qalan hissəsi də PageRank, yəni domen gücüdür. Domen gücünü artırmaq üçün keyfiyyətli, yüksək trafikli, saytınızla tematik əlaqəli saytlardan backlink yaradırıq.

Saytın yaxşılaşdırılması

Saytınızın istifadəçiyə yaxşı təcrübə bəxş etməsi həm SEO performansının həm də satışın önündəki ən vacib amillərdən biridir. Biz UX/UI təkmilləşdirmələri ilə istifadəçi təcrübəsini maksimum səviyyəyə çatdırırıq.

Google biznes profilinin optimallaşdırılması

Biz sadəcə sayta fokuslanmırıq. Lokal axtarışlarda qabaqda çıxmağınız üçün Google biznes profilinizi də Lokal SEO-ya uyğun yaxşılaşdırırıq. Bu sayədə siz lokal axtarışlarda xəritələrdə çıxmağa başlayacaqsınız.

Ödənişsiz SEO audit və görüş əldə et

Rəqəmsal dünyada itirdiyiniz fürsətləri görmək və saytınızın əsl potensialını üzə çıxarmaq üçün mütəxəssislərimiz tərəfindən hazırlanan hərtərəfli analizə tamamilə ödənişsiz sahib ola bilərsiniz. Heç bir öhdəlik tələb etməyən bu fürsətdən yararlanmaq üçün bizimlə əlaqəyə keçməyiniz kifayətdir.

  • Veb sayt performansının analizi
  • Mobil uyğunluq və sürət yoxlanışı
  • Məzmun marketinqinin incələnməsi
  • Böyümə xəritəsinin hazırlanması

Layihənizi Müzakirə Edək

Qısa bir söhbət böyük bir əməkdaşlığın başlanğıcı ola bilər. Bizimlə birbaşa əlaqə saxlayın.

WhatsApp-da Yazın
Limitli Təklif
Ödənişsiz SEO Audit
Saytınızı indi yoxlayın →
Limitli Təklif

Ödənişsiz SEO Audit Əldə Edin

Saytınızın texniki problemlərini, zəif nöqtələrini və imkanlarını aşkarlayırıq. Heç bir öhdəlik tələb etmir.

Texniki SEO Analizi
On-Page Audit
Rəqib Müqayisəsi
24 saat ərzində nəticə

🔒 Məlumatlarınız tamamilə məxfidir