SEO Audit Xidməti
SEO Audit Konsultasiya Əldə EdinSEO Audit Xidməti
SEO audit xidməti veb saytı olan lakin axtarış nəticələrində hədəf açar sözlər üzrə ilk sıralara gəlməkdə çətinlik çəkən şirkətlər üçün lazım olan bir SEO xidmətidir. Bir çox şirkət veb birbaşa SEO təminatçılarından xidmət almaq yerinə, mövcud problemləri öyrənmək və öz daxili komandalarının köməyi ilə bu problemləri aradan qaldırmaq istəyirlər. Bu zaman SEO audit almaq şirkətlərə veb saytlarındakı problemlərin nə olduğu barədə detallı məlumat verməklə yanaşı, onlara yol xəritəsi də göstərir.
SEO Audit Xidmətimiz ilə Siz Nələr Qazanacaqsınız?
SkyZone Digital Rəqəmsal Marketinq Agentliyi olaraq biz sizlərə detallı SEO audit xidməti təklif edirik. Bizim SEO audit xidmətimiz aşağıdakı üstünlüklərə malikdir:
- Biz sizlərə veb saytınızın texniki tərəfində yer alan və saytınızın SEO performansına ciddi problem törədən xətalarla bağlı məlumatları veririk.
- Biz detallı on-page audit apararaq saytınızdakı səhifələrdə yer alan SEO problemlərini sizlərə göstəririk.
- Problemlərin detallı və səliqəli bir üslubda hazırlanaraq sizlərə göstərilməsinin yanı sıra, sizlərə tətbiq edə biləcəyiniz bir SEO yol xəritəsi də hazırlayırıq.
Əgər siz orqanik trafikinizi artırmaq üçün tətbiq oluna bilən bir yol xəritəsi almaq, saytdakı problemlərin nələr olduğunu öyrənmək və birbaşa SEO dəstəyi almadan, öz daxili komandanız vasitəsilə bu problemləri aradan qaldırmaq istəyirsinizsə, SkyZone Digital SEO audit xidmətimizdən faydalanmağınızı tövsiyyə edirik.
SEO Audit Xidmətimizin Detalları
SEO audit xidmətimizin detalları:
- Saytın A-dan Z-yə detallı texniki analizi.
- Robots.txt və sitemap fayllarının yoxlanılması.
- Webmaster xətalarının detallı auditi və həlli yönündə təkliflərin verilməsi.
- Crawl və indexləşdirmə ilə bağlı problemlərin detallı təhlili.
- Kopya məzmun (duplicate content) ilə bağlı problemlərin analizi və təkliflərin verilməsi.
- Hreflang, Schema və digər meta kodlarının təhlili.
- Crawl büdcəsinin yanlış xərclənməsinə səbəb olan problemlərin təhlili və təkliflərin verilməsi.
- İstifadəçi təcrübəsinə (user experience) mənfi təsir göstərən faktorların aşkar edilməsi və təkliflərin verilməsi.
- Sayt daxilindəki səhifələrin on-page auditi.
- Meta teqlərin, meta açıqlamaların, H etiketlərinin, mövzu başlıqlarının, məzmunların, daxili linkləmələrin və daha bir sıra on-page elementin dərin təhlili.
- Saytın semantik uyğunluğunun təhlili.
- Saytın doğru açar sözlərə fokuslanıb fokuslanmadığının aşkar edilməsi.
və daha bir çox faktor üzrə detallı SEO audit xidməti təklif edirik.
Nə Vaxt SEO Audit Xidməti Almalısınız?
- Əgər saytınız yenidirsə və doğru bir SEO təməli qurub daha sonrasında sayt üzərində işlərə başlamaq istəyirsinizsə,
- Saytınız axtarış nəticələrində istənilən nəticəni sizə vermirsə,
- Saytınızı başqa bir CMS-ə miqrasiya etməyi düşünürsünüzsə,
- Google Core Update-lərdən sonra sayt trafikində ciddi azalmalar müşahidə etmisinizsə,
- SEO dəstəyi aldığınız hər hansı bir təminatçının işinin yoxlanılmasını istəyirsinizsə
SEO audit xidməti ala bilərsiniz.
SEO Audit Xidməti Nəticəsində Nələr Əldə Edəcəm?
Siz bizdən SEO audit aldığınız zaman əvvəlcə saytınızdakı boşluqları öyrənmək fürsətini əldə edəcəksiniz. Bizim məqsədimiz Semrush, Screaming Frog və Ahrefs kimi müxtəlif populyar SEO alətlərinin bizə verdiyi hazır audit şablonlarını sizə vermək deyil. Biz saytı peşəkar SEO komandamız ilə dərin bir təhlildən keçirdikdən sonra sizlərə tətbiq oluna bilən və mövcud vəziyyətə birbaşa təsiri olan məsələlər haqqında məlumat veririk.
Bu səbəbdən siz boşa vaxt itkisinə səbəb olacaq məsələlərə yönləndirilməyəcək, birbaşa sizə fayda gətirəcək olan addımlara bizim tərəfimizdən yönləndiriləcəksiniz. SEO audit xidmətimizin bir digər üstünlüyü isə, bu xidməti aldıqdan sonra sizin üçün xüsusi təkliflərimizi də öyrənə bilmə imkanıdır. Biz sadəcə sizə problemləri demir, bu problemlərin həlli yönündə təkliflər də veririk. Siz bu təklifləri istər öz daxili komandanızla müzakirə etdikdən sonra dəyərləndirə bilərsiniz, istərsə də bizim öz xidmətimizdən faydalana bilərsiniz.
SEO Audit Xidməti Qiyməti
SEO audit xidməti qiyməti xidmət göstəriləcək veb saytın həcmindən və iş yükündən asılıdır. Hər sayt üçün stabil qiymət demək mümkün deyil çünkü bəzi veb saytlar üçün 2 günlük bir audit prosesi yetərli olarkən, bəzi veb saytların auditi üçün 2-4 həftə kimi bir müddətə ehtiyac ola bilir.
SEO audit xidməti haqqında məlumat almaq, qiymət öyrənmək, proseslə tanış olmaq üçün bizimlə əlaqə saxlayın.
SEO Audit Prosesimizin Əsasları
Texniki Audit
Veb saytınızın texniki infrastrukturunu A-dan Z-yə analiz edirik. Robots.txt, sitemap, crawl xətaları, indexləşdirmə problemləri, sayt sürəti və mobil uyğunluq kimi kritik faktorları dərindən araşdırırıq.
On-Page Audit
Hər bir səhifənin meta teqlərini, başlıqlarını, H etiketlərini, daxili linkləmələrini və məzmun strukturunu təhlil edirik. Semantik uyğunluq və açar söz optimallaşdırması ilə bağlı təkliflər veririk.
Məzmun Analizi
Saytınızdakı məzmunların keyfiyyətini, unikallığını və hədəf açar sözlərə uyğunluğunu yoxlayırıq. Kopya məzmun (duplicate content) problemlərini aşkar edir və həll yolları təklif edirik.
Yol Xəritəsi
Audit nəticələrinə əsasən sizə prioritetləşdirilmiş bir SEO yol xəritəsi hazırlayırıq. Bu xəritə, hansı problemlərin əvvəlcə həll edilməli olduğunu və tətbiq addımlarını əhatə edir.
Pulsuz SEO Audit Konsultasiyası
Veb saytınızın SEO problemlərini peşəkarlara əmanət edin. Konsultasiya zamanı nələri edəcəyik:
- Mövcud veb saytın ilkin SEO auditi
- Texniki xətaların aşkarlanması
- On-page problemlərin müzakirəsi
- SEO yol xəritəsinin hazırlanması
Layihənizi Müzakirə Edək
Qısa bir söhbət böyük bir əməkdaşlığın başlanğıcı ola bilər. Bizimlə birbaşa əlaqə saxlayın.
WhatsApp-da Yazın