Yazar
SkyZone Digital komandası eCommerce SEO Mütəxəssisi • Son Güncəlləmə: 22 Yanvar 2026

eCommerce SEO Xidməti

eCommerce SEO Konsultasiya Əldə Edin

eCommerce SEO Xidməti

eCommerce SEO xidməti elektron ticarət mağazalarının daha çox satış əldə etməsini təmin etmək üçün təklif etdiyimiz SEO həllidir. Onlayn satış mağazaları hədəflədikləri açar sözlər üzrə ilk sıralara gəlməyi hədəfləyirsə, bunun üçün mütləq formada eCommerce SEO xidmətindən faydalanmalıdırlar. E-kommers SEO saytın hədəf açar sözlərdə axtarış nəticələrində ilk sıralarda görünməsini təmin etməklə yanaşı sayta daha çox trafik çəkir, brendinqi gücləndirir və satışları artırır.

SkyZone Digital olaraq uzun illərdir ki, elektron ticarət sferasında fəaliyyət göstərən yerli və xarici şirkətlərə eCommerce SEO həlləri təklif edirik. Bugünə qədər Azərbaycan, Türkiyə, Amerika Birləşmiş Ştatları, Polşa kimi bir çox ölkədən şirkətə eCommerce SEO göstərmişik. Əgər siz də onlayn mağazanızı böyütmək, satışları artırmaq, Google axtarışlarında ilk sıralarda çıxmaq istəyirsinizsə, bizə müraciət edə bilərsiniz.

E-Commerce SEO Xidmətimizin Detalları

  • Sektorunuzdakı əsas rəqiblərin SEO strategiyalarının dərindən təhlil edilməsi və bazar boşluqlarının müəyyən olunması.
  • Satış potensialı yüksək olan, kommersiya niyyətli (commercial intent) açar sözlərin və "long-tail" sorğuların aşkarlanması.
  • Saytın axtarış motorları tərəfindən düzgün oxunması üçün texniki xətaların (crawl errors) aşkarlanması və aradan qaldırılması.
  • Core Web Vitals göstəricilərinin yaxşılaşdırılması və səhifələrin yüklənmə sürətinin artırılması.
  • Saytın mobil cihazlarda qüsursuz işləməsinin təmin edilməsi və "Mobile-First Indexing" standartlarına uyğunlaşdırılması.
  • İstifadəçi təcrübəsini (UX) və axtarış botlarının gəzişməsini asanlaşdıran düzgün kateqoriya iyerarxiyasının yaradılması.
  • Açar sözləri ehtiva edən, qısa və anlaşılan (SEO-friendly) URL strukturunun tətbiqi.
  • Hər bir məhsul üçün unikal, semantik cəhətdən zəngin və satışa təşviq edən məhsul açıqlamalarının optimallaşdırılması.
  • CTR (klikləmə) nisbətini artıracaq cəlbedici Title və Meta Description etiketlərinin yazılması.
  • Məhsul şəkillərinin ölçülərinin optimallaşdırılması və açar sözlərə uyğun ALT etiketlərinin yazılması.
  • Product, Review və FAQ kimi strukturlaşdırılmış məlumatların (Schema) tətbiqi ilə axtarış nəticələrində fərqlənmək.
  • Səhifə avtoritetini (Page Authority) vacib məhsullara və kateqoriyalara yönəltmək üçün düzgün internal linking şəbəkəsinin qurulması.
  • E-ticarət saytlarında tez-tez rast gəlinən təkrarlanan məzmun probleminin "Canonical" etiketləri ilə aradan qaldırılması.
  • Stokda bitən məhsulların səhifələrinin SEO dəyərini itirməməsi üçün düzgün yönləndirmə və idarəetmə strategiyası.
  • Filtr və sıralama səhifələrinin tarama büdcəsini (crawl budget) israf etməməsi üçün texniki tənzimləmələr (Faceted Navigation).
  • Silinmiş səhifələrin aşkarlanması və düzgün 301 yönləndirmələri ilə trafik itkisinin qarşısının alınması.
  • Trafik gətirəcək informativ məzmunların planlanması və saytın topikal avtoritetinin (Topical Authority) artırılması.
  • Ziyarətçiləri alıcıya çevirmək üçün səhifə elementlərinin və "Call-to-Action" (CTA) düymələrinin analizi (CRO).
  • Fiziki mağazanız varsa, "Google Business Profile" optimizasiyası ilə yerli axtarışlarda görünürlüyün artırılması.
  • Zərərli linklərin (Spam Score) təmizlənməsi və keyfiyyətli xarici link strategiyasının qurulması.
  • Çoxdilli mağazalar üçün "hreflang" etiketlərinin və geolokasiya hədəfləmələrinin düzgün tətbiqi.
  • Məzmunun və səhifələrin istifadəçinin axtarış niyyətinə (User Intent) tam cavab verməsinin təmin edilməsi.
  • Black Friday, Yeni il kimi xüsusi günlər üçün öncədən mövsümi SEO hazırlıqlarının görülməsi.
  • E-ticarət izləmələrinin (GA4 Ecommerce Tracking) düzgün qurulması və məlumatların dəqiq toplanması.
  • Görülən işlər, trafik artımı, açar söz mövqeləri və satış konversiyaları haqqında detallı, şəffaf hesabatların təqdim edilməsi.

E-Commerce SEO Xidməti Üçün Niyə Bizimlə Əməkdaşlıq Etməlisiniz?

E-commerce SEO üçün bizimlə əməkdaşlıq etməlisiniz çünkü müxtəlif bazarlarda və müxtəlif sferalarda fəaliyyət göstərən yüzlərlə şirkətin SEO kampaniyalarını idarə edən təcrübəli bir komandaya sahibik. Bugünə qədər bir çox elektron ticarət mağazasının 0-dan qurulub qısa müddətdə bazarda güclü bir yerə gəlməsini təmin etmişik.

E-commerce SEO Nəticələrini Nə Vaxt Görəcəm?

Digər bazarlarla müqayisədə elektron ticarət çoxsaylı rəqibin olduğu və rəqabətin çox güclü olduğu bir sferadır. Hansı hədəf kütləsinə xitab etdiyinizdən asılı olmayaraq demək olar ki, bir çox sfera artıq güclü rəqiblər tərəfindən tutulub. Lakin bu o demək deyil ki, sizin rəqabətli sektorda şansınız yoxdur. Biz rəqabət səviyyəsindən asılı olmayaraq biznesin mövcud vəziyyətini doğru bir formada dəyərləndirib ən doğru strategiyanı yaradaraq nəticə veririk.

Təbii ki, E-commerce SEO-dan nə vaxt nəticə görəcəyiniz rəqabət səviyyəsinə, görüləcək işin intensivliyinə, sayt həcminə və açar sözlərə bağlıdır. Biznesiniz üçün E-Commerce SEO xidmətinin sizə nə qədər müddətdə nəticə verəcəyini öyrənmək üçün bizdən konsultasiya ala bilərsiniz. Bu konsultasiya zamanı biz veb saytınızın ilkin baxışını keçirəcək və SEO ilə nə kimi nəticələr əldə edə biləcəyimizlə bağlı fikirlərimizi sizinlə bölüşəcəyik.

eCommerce SEO Prosesimizin Əsasları

1. Texniki Optimizasiya
2. Məhsul Səhifələri
3. Kateqoriya Strukturu
4. Konversiya Optimizasiyası

Texniki Optimizasiya

Core Web Vitals, mobil uyğunluq, səhifə sürəti və crawl budget optimizasiyası. E-ticarət saytlarının texniki problemlərini həll edərək axtarış motorlarının saytınızı düzgün oxumasını təmin edirik.

Məhsul Səhifələri

Hər bir məhsul üçün unikal, semantik cəhətdən zəngin açıqlamalar, cəlbedici meta teqlər, optimallaşdırılmış şəkillər və Product Schema tətbiqi ilə axtarış nəticələrində fərqlənin.

Kateqoriya Strukturu

Düzgün iyerarxiya, SEO-friendly URL strukturu, faceted navigation tənzimləmələri və internal linking strategiyası ilə həm istifadəçilər, həm də axtarış botları üçün ideal naviqasiya.

Konversiya Optimizasiyası

Ziyarətçiləri alıcıya çevirmək üçün CTA düymələrinin analizi, istifadəçi davranışının izlənməsi və GA4 eCommerce tracking qurulması ilə satışlarınızı artırın.

Pulsuz eCommerce SEO Konsultasiyası

Onlayn mağazanızın SEO ehtiyaclarını peşəkarlara əmanət edin. Konsultasiya zamanı nələri edəcəyik:

  • E-ticarət saytınızın ilkin SEO auditi
  • Rəqib analizi və bazar boşluqlarının müəyyən edilməsi
  • Kommersiya niyyətli açar sözlərin araşdırılması
  • eCommerce SEO strategiyasının müzakirəsi

Layihənizi Müzakirə Edək

Qısa bir söhbət böyük bir əməkdaşlığın başlanğıcı ola bilər. Bizimlə birbaşa əlaqə saxlayın.

WhatsApp-da Yazın