Ödənişsiz Konsultasiya
Hansı xidmətlə maraqlandığınızı seçin, məlumatlarınızı göndərin — komandamız sizinlə əlaqə saxlayacaq.
✓
Müraciətiniz qəbul edildi!
Tezliklə sizinlə əlaqə saxlayacağıq.
Rəqəmsal ticarətin qaydaları hər gün dəyişir və inkişaf edir. Əvvəllər bizneslərin uğuru onların yerləşdiyi fiziki məkandan asılı idisə, bu gün əsas məsələ internetdə hansı mövqeni tutmasıdır. Sərhədlərin aradan qalxdığı bir dövrdə elektron ticarət platformaları bizneslər üçün mütləq bir ehtiyaca çevrilib. Eyni zamanda alıcılar da artıq mağazaları gəzmək əvəzinə vaxtlarına qənaət edərək ehtiyaclarını internet üzərindən qarşılamağa üstünlük verirlər.
E-ticarət saytı sizin heç vaxt bağlanmayan və günün 24 saatı fasiləsiz xidmət göstərən ən çalışqan filialınızdır. Düzgün qurulmuş bir onlayn mağaza vasitəsilə siz daha geniş müştəri kütləsinə çata bilərsiniz. Lakin rəqabətin kifayət qədər sərt olduğu onlayn bazarda sadəcə məhsul şəkillərini və qiymətlərini sayta yükləmək kifayət etmir. Müştəri sayta daxil olduğu andan sifarişi tamamladığı ana qədər qüsursuz və çox sürətli bir təcrübə yaşamalıdır.
Məhz bu məmnuniyyət hissi potensial ziyarətçini daimi müştəriyə çevirir. Bir istifadəçinin saytda keçirdiyi vaxt onun alış qərarına birbaşa təsir göstərir. Əgər o axtardığı məhsulu asanlıqla tapa bilmirsə dərhal fərqli bir platformaya yönələcək.
Bir istifadəçi onlayn mağazanıza daxil olduqda axtardığını anında tapmaq və ödəniş prosesini heç bir əziyyət çəkmədən bitirmək istəyir. Satışları maksimallaşdırmaq üçün bəzi təməl xüsusiyyətlər mütləq tətbiq edilməlidir. Bunlara əsasən aşağıdakılar daxildir:
E-ticarət platformasının arxasında kompleks bir satış məntiqi dayanır. Biz, SkyZone Digital olaraq layihələrimizə sizin məqsədlərinizə xidmət edən bir sistem kimi yanaşırıq. İstehlakçı davranışlarını öyrənir, dizaynı və strukturu tamamilə satışların artırılması məqsədilə qururuq.
Bizim təqdim etdiyimiz peşəkar veb saytların hazırlanması xidmətimiz vasitəsilə məhsullarınızın sayından asılı olmayaraq sürətli və qüsursuz işləyən onlayn mağaza əldə edirsiniz. Yalnız sizin biznesinizin tələblərinə cavab verən və gələcəkdə böyüməyə imkan yaradan strukturlar hazırlayırıq. İşimiz saytı vizual olaraq gözəl etməklə bitmir. Biz onun arxa planda necə işlədiyinə, ziyarətçilərin hansı addımları atdığına və sistemin yüklənmə sürətinə xüsusi diqqət ayırırıq.
Təsəvvür edin ki dünyanın ən gözəl mağazasını qursunuz lakin heç kim onun harada yerləşdiyini bilmir. Rəqəmsal məkanda onlayn mağazanızın vitrinini alıcıların qarşısına çıxarmağın tək yolu sistemli marketinq strategiyasıdır.
Onlayn alış-verişə başlayan insanların böyük əksəriyyəti ilk olaraq axtarış motorlarında məhsul axtarışı edir. Məhsullarınızın axtarış nəticələrində ön sıralarda görünməsi üçün daxili optimizasiya qaydalarını ən təməldən tətbiq etmək lazımdır. E-ticarət üçün xüsusi olaraq hazırlanmış kateqoriya səhifələri və sürətli arxitektura ilə orqanik satışlarınızı artırmaq üçün SEO xidmətimiz sizin üçün faydalı olacaqdır. Düzgün seçilmiş açar sözlər və təmiz kodlaşdırma rəqiblərinizdən bir addım önə keçməyinizə kömək edir.
Eyni zamanda e-ticarətin ayrılmaz parçası olan sosial media reklamları üçün hədəf kütləsi ilə düzgün kommunikasiya qurulmalıdır. İnsanlar məhsullarınızı sosial şəbəkələrdə görməli və onlara maraq oyanmalıdır. Brend məlumatlılığınızı zirvəyə daşıyacaq və saytınıza davamlı trafik gətirəcək reklam kampaniyaları üçün SMM xidmətimizlə markanızın rəqəmsal dövriyyəsini əhəmiyyətli dərəcədə sürətləndirə bilərsiniz. Sayta gələn hər bir ziyarətçi potensial alıcıdır və onların düzgün hədəflənməsi birbaşa gəlirlərinizə təsir edir.
Bir çox bizneslər gələcək hədəflərini nəzərə almadan qurulan platformalar səbəbindən sonradan inkişaf edə bilmir və çətinliklərlə qarşılaşırlar. SkyZone Digital sizin biznesinizin böyümə potensialını nəzərə alaraq uzunömürlü layihələr təqdim edir. Bizi fərqli edən xüsusiyyətlərimizə bunlar daxildir:
Biznesinizi rəqəmsala daşımaq və onlayn satış bazarından öz payınızı almaq istəyirsinizsə peşəkar e-ticarət həllərimizlə tanış olmağın tam zamanıdır. İnsanlar artıq axtardıqları məhsulu qısa müddətdə tapmaq və güvənli şəkildə almaq istəyirlər. Siz də bu rəqabətli bazarda güclü bir platforma ilə iştirak edərək rəqiblərinizi geridə qoya bilərsiniz. SkyZone Digital ilə rəqəmsal vitrininizi bu gün inşa edin və məhsullarınızı bütün ölkəyə nümayiş etdirin. Düzgün onlayn strategiya satışlarınızı artırmaqla yanaşı markanızın dəyərini də yüksəldəcəkdir.
Formu doldurun, 24 saat ərzində sizinlə əlaqə saxlayacağıq.