Ödənişsiz Konsultasiya
Hansı xidmətlə maraqlandığınızı seçin, məlumatlarınızı göndərin — komandamız sizinlə əlaqə saxlayacaq.
✓
Müraciətiniz qəbul edildi!
Tezliklə sizinlə əlaqə saxlayacağıq.Hansı xidmətlə maraqlandığınızı seçin, məlumatlarınızı göndərin — komandamız sizinlə əlaqə saxlayacaq.
Müraciətiniz qəbul edildi!
Tezliklə sizinlə əlaqə saxlayacağıq.Kompleks SEO xidməti böyük həcmli veb sayt sahibi olan şirkətlər üçün lazım olan xidmətdir. Kompleks SEO-ya adətən böyük elektron ticarət saytları tərəfindən üstünlük verilir. Bu xidmət sadə SEO proseslərindən əlavə mürəkkəb SEO strategiyalarının tətbiqi, çox saylı səhifələr üzərində sürətli SEO yaxşılaşdırmalarının edilməsi, semantik SEO strategiyalarının yaradılıb sayta tətbiq olunması kimi bir çox addımı əhatə edir.
SEO xidməti yalnız SEO strategiyasının qurulması, kontent plan hazırlanması, texniki tapşırıqların yerinə yetirilməsi kimi addımlardan ibarət deyil. Bəzən veb saytın həcmi o qədər böyük olur ki, çox saylı səhifələrdə təkmilləşdirmələr etmək çətinləşir. Bəzən isə biznes o qədər yüksək rəqabətli bazarda fəaliyyət göstərir ki, bu bazarda önə çıxmaq üçün xüsusi Semantik SEO praktikalarını sayt üçün istifadə etmək lazım gəlir. Texniki cəhətdən əlverişsiz CMS-lərdə fəaliyyət göstərən saytlar, eləcə də xüsusi skriptlərlə hazırlanmış və SEO cəhətdən problem yaradan texniki xətalarla dolu olan saytlar da kompleks SEO xidmətlərinə ehtiyac duyur.
Bəhs olunan yüksək həcmli, problemli və ya rəqabətli bazarlarda fəaliyyət göstərən saytların orqanik trafikini artırmaq üçün sadə SEO proseslərindən ayrılıb kompleks SEO fəaliyyətlərinə yönəlmək vacibdir.
Azərbaycanda xüsusilə minlərlə məhsul səhifəsi, mürəkkəb filtrasiya sistemləri və dinamik URL strukturları olan böyük həcmli elektron ticarət platformaları və elan/aqreqator saytları kompleks SEO xidmətlərinin əsas namizədləridir. Bu tip layihələrdə standart SEO yanaşması "crawling" və indeksləmə problemlərini həll etməkdə yetərsiz qalır.
Bundan əlavə, rəqabətin kəskin olduğu tibb, sığorta, bankçılıq və tibbi turizm kimi sektorlar (YMYL) üçün kompleks SEO strateji əhəmiyyət daşıyır. Bu sahələrdə fəaliyyət göstərən bizneslər sadəcə açar sözlərlə deyil, mövzu üzrə "Topikal Avtoritet" (Topical Authority) quraraq Google gözündə ekspert statusu qazanmalıdırlar.
Kompleks SEO xidməti üçün qiymət təklifi vermək üçün veb saytın ilkin auditi aparılmalıdır. Veb saytın həcminə, görüləcək iş yükünə, bazardakı rəqabətə bağlı olaraq unikal qiymət təklifi olunur. Əgər siz kompleks SEO almaq istəyirsinizsə, bizimlə əlaqə saxlayaraq ilkin konsultasiya əldə edə bilərsiniz.
Kod səviyyəsində dərin analiz, Log File təhlili, Crawl Budget optimizasiyası və server cavab kodlarının yoxlanılması. React, Angular, Vue.js kimi framework-lər üçün SSR və Dinamik Renderinq həlləri tətbiq edirik.
Mövzu klasterləri (Topic Clusters) yaradaraq saytınızı sahəsinin eksperti kimi tanıdırıq. Entity-based SEO ilə brendinizi Google Knowledge Graph-da yer almağa hazırlayırıq.
Minlərlə məhsul səhifəsi üçün avtomatlaşdırılmış şablon optimizasiyası, fasetli naviqasiya tənzimlənməsi, mövsümi kampaniyalar və stokda olmayan məhsulların SEO dəyərini qoruma strategiyaları.
Çoxdilli və çoxregionlu saytlar üçün düzgün URL strukturu, hreflang etiketlərinin düzgün tətbiqi və regional hədəfləmələrin dəqiqləşdirilməsi ilə qlobal bazarlara çıxışınızı təmin edirik.
Böyük həcmli veb saytınızın SEO ehtiyaclarını peşəkarlara əmanət edin. Konsultasiya zamanı nələri edəcəyik:
Qısa bir söhbət böyük bir əməkdaşlığın başlanğıcı ola bilər. Bizimlə birbaşa əlaqə saxlayın.
WhatsApp-da YazınSaytınızın texniki problemlərini, zəif nöqtələrini və imkanlarını aşkarlayırıq. Heç bir öhdəlik tələb etmir.
🔒 Məlumatlarınız tamamilə məxfidir
SEO audit nəticələrini 24 saat ərzində e-poçtunuza göndərəcəyik. Tezliklə sizinlə əlaqə saxlayacağıq.